UEFA Super Kubok matçından sonra azərbaycanlı hakimi təltif edib

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Super Kubokunun PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) qarşılaşmasında 4-cü hakim kimi fəaliyyət göstərib.

Presssport.az xəbər verir ki, oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edib.

İtaliyanın Udine şəhərində yerləşən “Friuli” stadionunda baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan PSJ Super Kubokun sahibi olub.

Məsiyev bu təyinatla UEFA Super Kuboku matçında iştirak edən ilk azərbaycanlı hakim kimi futbol tariximizə düşüb. 

Görüşdən sonra o, UEFA tərəfindən xüsusi mükafatla təltif edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC