Abbasov 18 yaşlı futbolçunun ÇL-də debüt etməsi barədə: "Elvin, Toral, Nəriman, Musa, elə Mahir Emreli də belə başlamışdı"

Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində "Şkendiya"nı darmadağın edən "Qarabağ" azarkeşlərə böyük sevinc yaşatdı. Amma bu oyunun diqqət ediləsi daha bir hadisə baş verdi ki, bu da 18 yaşlı Hikmət Cəbrayılzadənin belə mötəbər türnirdə debüt eləməsi oldu. 

Pressssport.az xəbər verir ki, bununla bağlı U-21 millimizin baş məşqçisi Ayxan Abbasovun fikirlərini öyrənib. Təcrübəli mütəxəssis "Qarabağ"da digər gənclərin məhz belə inkişaf elədiyini deyib: "Elvin, Toral, Nəriman, Musa, elə Mahir Emreli də belə başlamışdı. Hamısı avrokuboklarda o ab-havanı hiss edərək yetişiblər. Hikmət Cabrayılzadənin bu yaşda Çempionlar Liqasında debüt etməsi onun üçün böyük uğurdu. Çox sevinirəm. 

Hikmət yay toplanışını "Qarabağ"ın əsas komandası ilə keçirib. ÇL-də şans alması o deməkdir ki, toplanış zamanı Qurban Qurbanovun diqqətini çəkib. Cəbrayılzadə bizim də nəzərimizdədir Premyer Liqa oyunlarında da izləyəcəyik onu" (sportal.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC