"Neftçi"dən iki yubilyara birdən xüsusi diqqət

“Neftçi” uzun illər komandanın həkimi vəzifəsində çalışmış Boris Xetaqurova 85 illik, veteran futbolçu Arif Əsədova isə 55 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim edib.

Presssport.az xəbər verir ki, hədiyyələri “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer təqdim edib.

Xatirə hədiyyələri Misli Premyer Liqasının I turunda keçirilən “Neftçi” – “Şamaxı” (1:1) oyununun fasiləsində təqdim olunub.

Xatırladaq ki, Əsədov “Neftçi”nin baş məşqçisi də olaraq onu 2011-ci ildə çempion edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC