Elə bir mənzərə yaranıb ki, sanki Azərbaycan qətiyyən futbol ölkəsi deyil, bu oyun bizə yaddır. Əslində isə bu torpaqlardan həmişə istedadlar çıxıb, bacarıqlı oyunçular olub.
Ölkəmizdə xüsusən regionlardan daim bacarıqlı uşaqlar çıxıblar. Ümumi müzakirələrdə adı o qədər hallanmasa da, belə bölgələrdən biri də Mingəçevirdi.
Bununla bağlı danışan təcrübəli mütəxəssis Rövşən Babayev açıqlamasında bu məsələyə toxunub: "Daha çox başqa bölgələrin adı çəkilsə də, Mingəçeviri də xüsusi vurğulamaq lazımdır. Mən bu sözü elə-belə demirəm, inanın, Mingəçevirdə hansı qapını döyürsənsə, istedadlı uşaq çıxır oradan.
Ölkənin ən yaxşı akademiyası olan "Qəbələ" də ən çox uşaqları məhz Mingəçevirdən götürüb son illərdə. Digər akademiyalarda da xeyli sayda mingəçevirli uşaq var. Sadəcə, bu şəhərin özündə bu günə qədər yaxşı akademiya olmadığı üçün uşaqlar başqa klublara dağılışıblar.
İndi vəziyyət dəyişib. "Mingəçevir" klubunun yeni rəhbərliyi böyük layihələr həyata keçirmək niyyətindədi. Orada yaxşı akademiya qurulsa, xeyli istedadlar üzə çıxacaq, buna əminəm" (sportal.az).
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC