AFFA-nın inzibati binasında futbol klublarının dayanıqlı inkişafını təmin etmək məqsədi ilə dövlət proqramı çərçivəsində klublara ayrılan vəsaitin səmərəli və məqsədli xərclənməsi ilə bağlı cari mövsümün I və II Liqa klublarında çalışan maliyyə menecerləri üçün AFFA-nın Maliyyə və Mühasibatlıq Departamenti tərəfindən seminar keçirilib.
Presssport.az xəbər verir ki, bu haqda milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.
Seminarda aylıq maliyyə hesabatlarının hazırlanması, onların şəffaflığı, xərclərə nəzarət və digər mövzular haqqında iştirakçılara məlumat verilib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC