Qadınlardan ibarət Azərbaycan milli komandası işğaldan azad olunmuş torpaqlara “Zəfər yolu” sosial layihəsi çərçivəsində bu gün Füzuli və Şuşa şəhərlərinə səfər edib.
Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səfər zamanı Füzuli şəhər sakinləri ilə görüşmüş, həmin şəhərdə yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə və məktəb şagirdləri ilə tanış olub.
Tanışlıq zamanı qadın futbolçular ilə 1 nömrəli məktəbin şagirdləri arasında məktəbin meydançasında simvolik məşq, penalti yarışması keçirilib.
Milli komanda daha sonra Şuşa qalasını, Cıdır düzü də ziyarət edib. Səfərin əsas məqsədi, qadın futbolunun nüfuzunun ictimaiyyət arasında artırılması və təbliğinin aparılmasını təmin etməkdi. Qarabağ torpaqları bizim üçün təkcə idman baxımından deyil, həm də milli-mənəvi dəyərlərimiz baxımından vacibdi.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC