Emil Səfərov 100-ə çatıb

“Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərov yubiley oyununu keçirib.

Presssport.az PFL-ə istinadən xəbər verir ki, Misli Premyer Liqasının I turunun “Şamaxı” ilə qarşılaşması (1:1) 23 yaşlı futbolçu üçün 100-cü olub.

O, bu matçlarda 5 qola imza atıb. Debütü 2021/22 mövsümünə təsadüf edən Səfərov “Qəbələ”də 76 (4 qol), “Neftçi”də 24 (1 qol) oyunda iştirak edib.

Onu da bildirək ki, Emil Premyer Liqada ən azı 100 oyun keçirən 440-cı futbolçudu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC