“Neftçi”nin kapitanı Emin Mahmudov ötən gün Misli Premyer Liqasının 1-ci turunda “Şamaxı”ya qarşı keçirilən oyunda (1:1) qol vurduqdan sonra etdiyi jesti ilə gündəmə gəlib.
Presssport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Polşada keçirilən təlim-məşq toplanışı zamanı “Hapoel”ə qarşı yoxlama oyununda da sol əlini havaya qaldıraraq eyni jesti etmişdi.
"Şamaxı" ilə dünənki oyundan sonra jurnalistlərin suallarını cavablandıran Mahmudov jestinin hansı mənanı verdiyi barədə danışıb: “Bu, dinlə bağlıdı. Bu jesti internetdə görmüşdüm və xoşuma gəlmişdi. Ona görə edirəm. Bu jesti edən başqa futbolçular da var”.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC