“Neftçi”dən yeni antirekord

“Neftçi” ardıcıl 3-cü mövsümdə Premyer Liqaya qələbəsiz başlayıb.

Presssport.az PFL-ə istinadən xəbər verir ki, “ağ-qaralar” Premyer Liqanın 2025/26 mövsümünün ilk turunda “Şamaxı” ilə heç-heçə edib – 1:1.

Bakı klubu 2023/24 mövsümündə səfərdə “Kəpəz”, ötən çempionatda evdə “Turan Tovuz”la start matçında qələbə qazana bilməmişdi – müvafiq olaraq 0:1 və 0:0.

Ardıcıl 3 çempionatın ilk oyununda qalib gəlməmək “Neftçi”nin Azərbaycan çempionatlarındakı yeni antirekordudu. Belə ki, paytaxt təmsilçisi bunadək 1 dəfə - 2007/08 və 2008/09 mövsümlərində ardıcıl startda xal itirib.

Onu da bildirək ki, “Neftçi” 34 mövsümdən 21-nin ilk oyununda qələbəyə sevinib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC