"Kəpəz" üçün 60-cı böyükhesablı məğlubiyyət

Misli Premyer Liqasının 2025/26 mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb. Belə ki, “Sumqayıt” I turun matçında “Kəpəz”i evdə 3:0 hesabı ilə məğlub edib.

Presssport.az PFL-ə istinadən xəbər verir ki, bu, Gəncə klubunun Premyer Liqa tarixində 60-cı böyükhesablı məğlubiyyəti olub. 

Qərblilər bu göstəricidə antirekordçudu. “Kəpəz” 19 dəfə evdə, 41 dəfə səfərdə 3 və ya daha çox top fərqi ilə uduzub.

Onu da bildirək ki, Gəncə təmsilçisi ilk belə məğlubiyyəti 1995-ci il sentyabrın 10-da “Qarabağ”la səfər oyununda alıb – 0:3.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC