Anatoli Banişevskinin ailəsi "Neftçi"nin qonağı olub

Əfsanəvi futbolçumuz Anatoli Banişevskinin ailə üzvləri – həyat yoldaşı İnna Banişevskaya, qızı Milena Həsənova, nəvəsi Eldar Həsənov və veteran hakim Rüstəm Rəhimov “Palms Sports” Futbol Mərkəzində "Neftçi"nin qonağı olub. 

Bu haqda Presssport.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Qonaqları “Neftçi” PFK-nın baş icraçı direktoru Cenk Sümer qəbul edib.

Klub rəhbəri mərhum futbolçunun ailəsinə üzərində Banişevskinin soyadı və “9” rəqəmi olan xatirə forması hədiyyə edib. Görüşdə gələn il fevralın 23-də 80 illik yubileyi olacaq əfsanəvi hücumçunun xatirəsinə həsr olunacaq, klub tərəfindən planlaşdırılan tədbirlərlə bağlı ailəsinə məlumat verilib.

Onu da bildirək ki, Banişevskinin ailə üzvləri avqustun 16-da keçirilmiş “Neftçi” – “Şamaxı” matçına klub tərəfindən dəvət alsalar da, şəxsi işləri ilə əlaqədar stadiona gələ bilməmişdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC