Yeni mövsümdən I Liqada çıxış edəcək "Şahdağ Qusar"da yeni təyinat gerçəkləşib.
Presssport.az xəbər verir ki, komandanın kapitanı Rahid Əmirquliyev klubun yeni prezidenti seçilib.
Bu barədə Qusar təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı yarımmüdafiəçi həm komandanın kapitanı kimi meydanda olacaq, həm də klub rəhbəri kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, Azərbaycan millisinin, "Xəzər Lənkəran" və "Qarabağ"ın sabiq üzvü olan Əmirquliyev 2023-cü ildən "Şahdağ Qusar"da çıxış edir. Onun komandası ötən mövsüm II Liqanın qalibi olub.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC