Azərbaycanın FİFA referisi Elçin Məsiyev açıqlama verib.
Presssport.az xəbər verir ki, PSJ və "Tottenhem" arasında keçirilmiş UEFA Super Kuboku matçında 4-cü hakim funksiyasını yerinə yetirmiş Məsiyev bunları deyib: "Super Kuboka təyinat aldığım zaman çox sevindim. Tofiq Bəhramovdan sonra bir azərbaycanlı hakimin final oyununu idarə etməsi qürurvericidir. Belə bir oyuna təyinat almaq gözlənilməz idi. Finalda iştirak etmək, yüksək səviyyədə təşkil olunmuş qarşılaşmada iş başında olmaq çox fərqli bir hiss idi. İnanıram ki, bu təcrübə gələcəkdə də mənim inkişafıma töhfə verəcək. Həmçinin əminəm ki, gənc hakimlərimiz üçün də bu, yaxşı stimul olacaq" (sportal.az).
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC