"Zirə"nin oyunu avrokuboklarda ən çox izlənilənlər siyahısında

Xorvatiyada "Hayduk" və “Zirə” arasında keçirilmiş Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü ən çox izlənilən avrokubok oyunları siyahısına düşüb.

Presssport.az xəbər verir ki, iyulun 31-də Split şəhərindəki "Polyud" stadionunda baş tutmuş matça 30 086 nəfər tamaşa edib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda isə "Hayduk" qələbə topunu vuraraq, mərhələ adlayıb.

"Hayduk"un III təsnifat mərhələsində Albaniyanın "Dinamo Siti" komandası ilə ev oyununa (3:1) isə daha çox - 31 652 nəfər baxıb.

Avropa Liqasında ən çox tamaşaçı II təsnifat mərhələsinin Türkiyənin İstanbul şəhərindəki "Türpaş" stadionunda "Beşiktaş" və Ukrayna "Şaxtyor"u ilə matçda (2:4) qeydə alınıb - 31 739.

Nəhayət, Çempionlar Liqasında III təsnifat mərhələsinin Portuqaliyanın paytaxtı Lissabondakı "Da Luj" stadionunda "Benfika" və Fransa "Nitsa"sı arasında oynanılmış qarşılaşması (2:0) 64 511 tamaşaçı izləyib.

Onu da bildirək ki, statistika avrokubokların təsnifat mərhələlərində keçirilmiş oyunlar üçün aparılıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC