AFFA prezidenti "Qarabağ"ın Macarıstandakı qələbəsi ilə bağlı paylaşım edib

AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ"ı UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın "Ferensvaroş" klubu ilə ilk matçda qazandığı qələbə (3:1) münasibətilə təbrik edib.

Presssport.az xəbər verir ki, federasiya rəhbəri bu barədə sosial şəbəkə hesabında paylaşıb:

"Qarabağ" Futbol Klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, səfərdə Macarıstanın "Ferentsvaroş" komandasına qalib gəlməsi münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, təmsilçimiz cavab qarşılaşmasında da əzmkar mübarizə nümayiş etdirərək, turnirin Liqa mərhələsinə vəsiqəni təmin edəcək. Uğurlar, “Qarabağ"!.

Xatırladaq ki, "Qarabağ" - "Ferentsvaroş" görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC