I Liqada yeni mövsümün püşkatma mərasimi keçirilib

Bu gün I Liqada 2025-2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.

Presssport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının inzibati binasında təşkil olunan tədbirdə PFL-in media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, komandaların nümayəndələri iştirak edib. 

10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək turnirin I və XIX turlarının (III dövrənin) püşkləri atılıb. 11 sentyabr tarixində start götürəcək yeni mövsümün I və XIX turunda üz-üzə gələcək komandalar aşağıdakı kimidir:

            I tur
“Zaqatala” – “Cəbrayıl”
“Şəfa” – “Şimal”
MOİK – “Şahdağ Qusar”
“Baku Sportinq” – “Difai” 
“Səbail” – “Mingəçevir”

          XIX tur
“Səbail” – MOİK
“Baku Sportinq” – “Mingəçevir”
“Şəfa” – “Şahdağ Qusar”
“Şimal” – “Zaqatala”
“Difai” – “Cəbrayıl”

Onu da bildirək ki, I Liqada 2025-2026-cı illər mövsümünün tam təqvimi yaxın günlərdə sayta yerləşdiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC