Bu gün II Liqada 2025-2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.
Presssport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının inzibati binasında təşkil olunan tədbirdə PFL-in texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, komandaların nümayəndələri iştirak edib.
12 komandanın iştirakı ilə 6-lıq sistemlə keçiriləcək turnirin I turunun püşkü atılıb. 6 sentyabr tarixində start götürəcək yeni mövsümün I turunda üz-üzə gələcək komandalar aşağıdakı kimidir:
I tur
“Göygöl” – “Araz Saatlı”
“Kür-Araz” – “Ağdaş”
“Şirvan” – “Şəmkir”
“Dinamo” – “Xankəndi”
“Hypers Guba” – “Qaradağ Lökbatan”
“Ağstafa Gəncləri” – “Sheki City”
Onu da bildirək ki, II Liqada 2025-2026-cı illər mövsümünün tam təqvimi yaxın günlərdə sayta yerləşdiriləcək.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC