Aqil Abbas söz verdiyi qurbanı kəsdi -"Qarabağ"a görə

Millət vəkili Aqil Abbas ötən həftə verdiyi sözə əməl edərək qurbanlıq heyvan kəsdirib. 

Presssport.az xəbər verir ki, bu barədə açıqlamasında deputat A.Abbas özü məlumat verib.

O bildirib ki, "Qarabağ"ın səfərdə "Ferentsvaroş"a qələbə qazanmasından sonra qurban kəsməklə bağlı verdiyi sözə əməl edib: "Bəli, kəndimizdə qurban kəsdirdik və ətini ehtiyaclı insanlara payladıq. Açığı deyim ki, "Qarabağ"ın oyunlarına çox zaman qurban deyirəm və sonra kəsdirirəm. "Qarabağ"dan növbəti oyunlarda da qələbə gözləyirəm və uğur qazanacağına əminəm" (Baku.ws).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC