Güləşçimiz erməni rəqibinə qalib gəldi, dünya çempionu oldu

Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.

Presssport.az xəbər verir ki, yarışın 6-cı günündə Ayxan Cavadov (60 kq) qızıl medal həsrətimizə son qoyub.

Güləşçimiz finalda ermənistanlı Yurik Mxitaryanla qarşılaşıb. Fasiləyə 3:5 hesabıyla geridə yollanan Cavadov 2-ci hissədə əzmkarlıq nümayiş etdirərək inamlı qələbə qazanıb – 12:5. Beləliklə, bu yarışda Ayxan ilk dünya çempionumuz olub. Ötən il U17 yaş qrupunda dünya və Avropa çempionu olan yunan-Roma güləşçimiz bu il eyni uğura U20 yaş qrupunda imza atıb.

Elmin Əliyev (82 kq) təsəlliverici görüşdə özbəkistanlı Azimcan Soatullayevə (0:8), Zəhra Kərimzadə (72 kq) isə rusiyalı U23 Avropa çempionu Kristina Bratçikovaya (tuş) məğlub olub.

Qeyd edək ki, DÇ-də medallarımızın sayı 6-ya çatıb. Daha öncə Ruzanna Məmmədova (62 kq) gümüş, Günay Qurbanova (59 kq), Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC