Boli "Araz-Naxçıvan"ın tarixinə düşdü

Misli Premyer Liqasının II turunun “Turan Tovuz”la oyununda vurulan ilk top “Araz-Naxçıvan” üçün əlamətdar olub.

Presssport.az PFL-ə istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisi Premyer Liqada 50-ci səfər qoluna imza atıb. Yubiley qolunun müəllifi 38-ci dəqiqədə fərqlənən Şarl Boli olub. Naxçıvan klubu 59-cu səfər görüşündə qol sayını 51-ə də çatdırıb.

Elmar Baxşıyevin yetirmələri rəqib meydanında 2:1 hesabı ilə qalib gəlib. Bu, klub tarixinə Premyer Liqada ümumilikdə 116-cı matçda 35-ci qələbə kimi düşüb. Qeyd edək ki, “Araz-Naxçıvan” ilk qələbəsini 2000-ci il avqustun 20-də səfərdə “Şahdağ” (Quba) üzərində qazanıb – 1:0. Qələbə qolunun müəllifi İlham Allahyarov klub tarixinə ilk səfər qolunun müəllifi kimi düşüb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC