"Qarabağ" rəsmiləri “Portimonense”nin idman direktoru ilə görüşüb

"Qarabağ" Portuqaliya təmsilçisi “Portimonense” arasında əməkdaşlıq inkişaf etdiriləcək. Bu məqsədlə Pireney klubunun idman direktoru Fernando Yamada ölkəmizə təşrif buyurub.

Presssport.az xəbər verir ki, Ağdam klubunun baş direktoru, İdarə Heyətinin üzvü Əmrah Çəlikəl və İdarə Heyətinin üzvü Asif Əsgərov qonaqla görüşüb. 

Yamada “Portimonense”nin prezidenti Rodiney Sampayonun salamlarını çatdırıb. Klub rəhbərləri Kamilo Duranın transferi ilə bağlı görüşmələr zamanı yaranan isti münasibəti növbəti səviyyəyə çatdırmaq üçün belə görüşün də zəruriliyini dilə gətirib və ilk olaraq Portuqaliya təmsilçisi Bakıya dəvət olunub.

Klubların rəsmiləri arasında əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb. 

İdarə Heyətinin üzvləri qonaqla xatirə şəkli çəkdirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC