"Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş"la görüşündən sonra jurnalistlərə müsahibə verib.
Presssport.az xəbər verir ki, Ağdam klubunun rəsmisi əldə edilən uğurla bağlı danışaraq ilk olaraq təəssüratlarını bölüşüb:
- Tahir Gözəlin burada olmaması nə ilə əlaqədardır?
- Tahir bəy, elə bilin ki, burda idi. Hər dəqiqə telefonla danışırdıq. Çox vacib işgüzar görüşü var idi deyə, xaricə yollanmışdı. Daim danışırdıq.
- Azarkeşlik etdiyiniz klub var ki, Çempionlar Liqasının püşkatmasında onlarla düşməyinizi istəyərdin?
- "Qarabağ"dı, biz də oradayıq.
- Əsas komanda ÇL-ə düşdüyü üçün U-19 komandanız da UEFA Gənclər Liqasında iştirak edəcək. Bununla bağlı hazırlıqlar var?
- Bizim hazırlıq plan hazırdı. Bu oyunun nəticəsini gözləyirik.
- Çempionlar Liqasının əsas mərhələsində Bakı Olimpiya Stadionunda oynyacaqsız, yoxsa Tofiq Bəhramov stadionunda?
- Hələ ki, bəlli deyil. Amma çox güman ki, Çempionlar Liqasının oyunlarını Tofiq Bəhramov adıan Respublika stadionunda keçirəcəyik.
- Komandanın heyətinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir?
- O, həmişə var. İndi də bu iş üzrə hazırlıqlar gedir. Futbolçu axtarışları davam edir.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC