Bu gün Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin püşkatma mərasimi keçirilib.
Presssport.az xəbər verir ki, Monakoda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanıb.
Püşkatma mərasimində Azərbaycanı yarışda təmsil edəcək “Qarabağ”ın da 8 rəqibi müəyyənləşib. Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü səfərdə keçirəcək. Mərasimdə “Qarabağ” klub rəhbərliyi səviyyəsində təmsil olunub.
Püşkatmada 36 komanda 4 səbətə bölünüb. “Qarabağ” reytinqi daha az olan komandaların yer aldığı 4-cü səbətdə olub.
Püşkatma zamanı əvvəlcə 1-ci səbətdən bir top çıxarılıb. Daha sonra ötən il də istifadə olunmuş avtomatlaşdırılmış proqram həmin klub üçün təsadüfi qaydada 8 rəqib seçub. Eyni prosedur bütün komandalar üçün təkrarlanıb və nəticədə bütün cütlüklər müəyyənləşib.
Hər səbətdən 2 komanda digər səbətlərdən 2 komandaya rəqib olub.
Liqa mərhələsində eyni assosiasiyadan olan komandalar bir-birilə qarşılaşa bilməz.
Püşkün nəticəsinə əsasən “Qarabağ”ın rəqibləri aşağıda adları qeyd edilən komandalar olub:
1-ci səbətdən:
"Çelsi", İngiltərə (Bakıda)
"Liverpul", İngiltərə (səfərdə)
2-ci səbətdən:
"Benfika"', Portuqaliya (səfərdə)
"Aynttraxt", Almaniya (Bakıda)
3-cü səbətdən:
"Ayaks", Niderland (Bakıda)
"Napoli", İtaliya (səfərdə)
4-cü səbətdən:
"Atletik", İspaniya (səfərdə)
"Kopenhagen", Danimarka (Bakıda)
Çempionlar Liqasında ilk turun oyunları sentyabrın 16-18-də keçiriləcək. Oyunların təqvimi 30 avqustda açıqlanacaq.
Xatırladaq ki, “Qarabağ” tarixində 2-ci dəfədir ÇL-in əsas mərhələsində iştirak edi. Bu, ilk dəfə 2017/18 mövsümündə olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC