“Qarabağ” UEFA reytinqində mövqeyini gücləndirib.
Presssport.az xəbər verir ki, Ağdam təmsilçisi avrokubokların Liqa mərhələsi ərəfəsində yenilənən reytinqdə düz 12 pillə irəliləyərək 57-ci pilləyə yüksəlib.
Qurban Qurbanovun komandası mövsümə 69-cu yerdə başlamışdı. “Qarabağ”ın ehtiyatında hazırda 35,000 əmsal var.
Onu da bildirək ki, “köhlən atlar”ın Çempionlar Liqasında rəqiblərindən 7-i reytinqdə onu üstələyir. “Liverpul” 5-ci (107,500 əmsal), “Benfika” 10-cu (83,750), “Çelsi” 12-ci (82,000), “Ayntraxt” 15-ci (80,000), “Napoli” 31-ci (57,000), “Ayaks” 35-ci (54,250), “Kopenhagen” 40-cı (48,375) yeri tutur. Yalnız 62-ci (32,750) pillədə olan “Atletik” Azərbaycan çempionundan geri qalır.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC