Prezident İlham Əliyevdən Sərəncam - "Qarabağ"a 5 milyon manat ayrıldı

Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Presssport.az xəbər verir ki, Sərəncama əsasən Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” Futbol Klubuna 5,0 (beş) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC