"Mənə təsir edən bu oldu ki, hansısa azarkeşin biri mənə qayıdıb deyir yediyin çörək haramın olsun" - "Zirə"nin kapitanı

Misli Premyer Liqasında son 2 mövsümün gümüş medalçısı olan "Zirə" yeni çempioantda ilk qələbəsini "Qəbələ" səfərində 2:1 hesabıyla qazandı. “Qartallar”ın kapitanı olan sabiq “Qəbələ”li Qismət Alıyevin qalib gəldikləri matçdan sonra Presssport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb

  • - Yeni çempionatda ilk qələbəniz əzmkar oldu və bunu sənə yaxşı tanış olan Qəbələdə qazandınız. Buna nail olmaq nə dərəcədə çətin oldu? Deyirlər ki, Qəbələ dəniz səviyyəsində yüksək olduğundan burda oynamaq ağır olur… 
  • - Həqiqətən bilirdik ki, çətin sınaq olacaq. Onların baş məşqçisi Kaxaber Tsxadadze keçən mövsümdən komandada qalıb, I Liqaya düşəndən orda idi. Bilirdik ki, komandanı artıq formalaşdırıb, nə istədiyi özünə artıq məlumdu. Heyətlərində hər dəfə yaxşı futbolçular vardı. Çox yaxşı başladılar oyuna. Bəlkə də hesabda 0:1 yox, 0:2 də geri düşə bilərdik. Bundan sonra toparlandıq. Ən azı fasiləyədək hesabı da bərabərləşdirə, önə də çıxa bildik. Hava məsələsinə gəlincə, burda oyndığım vaxtda deyirlər ki, Qəbələnin havası boğucudu, adam özünə gələ bilmir. Buna inanmırdım, amma sonradan gedib qayıdıb gəlib rəqib kimi oynadığın vaxtda istər-istəməz həmin hava çətinliyini hiss edirsən. 3-5 ay gedib gələndən sonra bu, hiss olunur. İlk dəqiqələrdə xüsusilə belə olur. Elə futbolçularımız vardı ki, Qəbələyə ilk dəfədi gəlirdi. Onlar da deyirdi ki, hava həqiqətən ağırdı, buna uyğunlaşmağa vaxt lazım olur. Fikrimcə, çox önəmli və vacib olan ilk qələbəmizi qazandıq. 
  • - Ümumiyyətlə, Qəbələ səfərləri sənin üçün artıq adiləşib, yoxsa hansısa xüsusi hisslər oyanır?
  • - Hər bura gələndə istər-istəməz burakı hisslər oyanır - qaldığım otel, stadion, şəhər…Hər halda, az deyil burda olduğum müddət. 13-14 ildi istərə akademiya, istərsə də əsas komandada olduğum vaxtda gördüyüm hər yer mənə həqiqətən çox doğma gəlir. Burda ancaq xoş günlər yadıma düşür. Qəbələdən sırf qələbəylə gedirik, amma bu klubun futbolçu olmağımda həqiqətən çox böyük əməyi var.
  • - Lakin qəbələli azarkeşlər Qismət Alıyevi rəqib komandada görmək bir qıcıq doğurur və ilk dəfə deyil ki, oyun zamanı onlarla aranızda insident olur. Bu, nəylə bağlıdı? Niyə yola getmirsiniz?
  • - Hamı çempionatımızı izləyir və başqa oyunların hansındasa azarkeşlərlə aramda problem yaşadığını görmüsünüz?
  • - Yox…
  • - Sadəcə, mənə təsir edən bu oldu ki, hansısa azarkeşin biri mənə qayıdıb deyir yediyin çörək haramın olsun. Niyə haram olsun ki? Burda sənə nə pislik etmişəm ki? Burda mənə çörək vermisiniz, mən də burda sizin üçün əlimdən gələni etmişəm. Yəni, hər şey qarşılıqlı olub. Sadəcə, onlara başa sala bilmirəm ki, mənimlə probleminiz nədədi? Budu məsələ. Qışqıran həmin adamlarla şəhərdə qalan vaxtda görüşmüşük, akademiyaya gəliblər. Elə adamlar elə qışqırıb sözlər ifadə edəndə təəccüblənirəm ki, bunlar necə mənə bu sözu işlədə bilir, deyə bilər? Bizdə başqa futbolçulara nəs desələr, adama elə təsir etməz. Ən azı uşaqlıqdan sizinlə bir yerdə böyümüşük, gəlib mənə başqa söz demələri həqiqətən xoş deyil. Lakin bununla belə, hər birinin xətrini çox istəyirəm. Fan-klub qalıb bir tərəfdə, problemin olsa, onlarla olar. Amma aramızda heç bir problem yoxdu. Hər birinə də uğurlar arzulayıram.
  • - Legioner limitinin ləğvi olduğu çempionatımız maraqla gözlənilirdi. Səncə, səviyyə qalxıb?
  • - Fikrimcə, günü bu gün üçün də - baş məşqçimiz də bu fikirdədi - hansı futbolçumuz haızrdırsa, məşqlərdə özünü ən yaxşı tərəfdən göstərirsə, o da meydana çıxır. Bundan sonra da belə olacaq - oyunçunun yerli, yoxsa legioner olmağından asılı olmayaraq, kim tam hazırdısa, o da oynayacaq.
  • - Dalbadal 2 mövsümdü 2-ci yeri tutaraq gümüş medalçı oldunuz. Bu dəfə buna nail olmaq çox çətin olacaq, çünki rəqibləriniz daha çoxdu, rəqabət artıb. Budəfəki hədəfiniz nə olacaq?
  • - Turnri cədvəlində bacardığımız qədər irəli getmək - ya Avropa Liqasına, ya da Konfrans Liqasına düşmək. Son 3 ildə Avropaya gedirik. Fikrimiz yenə buna nail olmaq, avrokubok yarışlarında iştirak etməkdi. Yalnız bu haqda düşünürük, Avropada daim çıxış etmək istəyirik. Amma çempiionatımıza baxdıqda, yeni qoşulan komandalar da olsun, təcrübələri var çempionatda. Baxırsan ki, heç kim məğlub olmaq istəmir. Elə futbolçular gətiriblər ki, ən azı sonuncu yeri tutmaq istəmirlər çempionatda. Məlumdu ki, bunun sahibi I Liqaya düşür. Buna görə fikrimcə, Premyer Liqamız ildən-ilə güclənir. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC