“Qarabağ”ın UEFA Gənclər Liqasındakı oyunlarının təqvimi bilindi

UEFA Gənclər Liqasının Çempionlar yolunun təqvimi açıqlanıb. 

Presssport.az xəbər verir ki, “Qarabağ”ın U-19 komandasının  oyunlarının vaxtı bəlli olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Ağdam təmsilçisi turnirdə 6 matça çıxacaq. “Qarabağ” ev görüşlərini “Azərsun Arena”da keçirəcək.

I tur, 16 sentyabr

“Benfika” (Portuqaliya) - “Qarabağ”

II tur, 1 oktyabr

“Qarabağ” - “Kopenhagen” (Danimarka)

III tur, 22 oktyabr

“Atletik” (İspaniya) - “Qarabağ”

IV tur, 5 noyabr

“Qarabağ” - “Çelsi” (İngiltərə)

V tur, 25 noyabr

“Napoli” (İtaliya) - “Qarabağ”

VI tur, 10 dekabr

“Qarabağ” - “Ayaks” (Niderland)

Xatırladaq ki, 36 komandanın 6 turda mübarizə aparacağı mərhələdə 1-22-ci yeri tutan komandalar 1/16 finala yüksələcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC