Gəncədə III MDB Oyunlarının rəsmi geri sayım mərasimi keçirilib

Gəncədə III MDB Oyunlarının rəsmi geri sayım mərasimi keçirilib. 

Presssport.az xəbər verir ki, bu hadaBakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Tədbirdə Oyunların Təşkilat Komitəsinin sədr müavini, gənclər və idman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev iştirak edib.

Çıxışlarda vurğulanıb ki, belə əhəmiyyətli idman tədbirinin Azərbaycanda keçirilməsi ölkənin idman və mədəni həyatında mühüm hadisədi.

Xüsusilə Adil Tağıyev qeyd edib ki, III MDB Oyunlarına hazırlıq çərçivəsində şəhərdə genişmiqyaslı təmir-tikinti işləri aparılır. Gəncədə həmçinin Qafqazın ən böyük idman sarayı inşa olunub.

Öz növbəsində nazir Qayıbov Gəncə sakinlərini Oyunlar zamanı idmançıları fəal dəstəkləməyə çağırıb:

"Oyunların başlanmasına bir aydan da az vaxt qalıb. Bildiyiniz kimi, idman Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmiz artıq müxtəlif multi-idman yarışlara ev sahibliyi edib. Lakin ilk dəfə belə böyük idman tədbiri regionlarda keçiriləcək. Gəncədə açılış və bağlanış mərasimləri, eləcə də bir sıra idman növləri üzrə yarışlar təşkil olunacaq".

Mərasim çərçivəsində geniş ictimaiyyətə III MDB Oyunlarının rəsmi talismanları – Bəbir və Leyla təqdim olunub.

Tədbirin əsas məqamı xüsusi quraşdırılmış stendlərdə geri sayım saatlarının işə salınması olub.

Bayram proqramı populyar ifaçılar Əmiliya Yaqubova və Çingiz Mustafayevin iştirakı ilə maraqlı konsertlə davam edib. Həmçinin tamaşaçılara Azərbaycan Gimnastika Federasiyası tərəfindən hazırlanan musiqi-xoreoqrafik nümayiş təqdim olunub.

Xatırladaq ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-nə qədər Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC