Misli Premyer Liqasının III turuna yekun vuran "Sabah” - “İmişli” görüşünü izləyənlər arasında xüsusi qonaqlar da olub.
Presssport.az xəbər verir ki, bu barədə "İmişli"nin mətbuat xidməti məlumat yayıb.
Belə ki, Argentina Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi - konsul, cənab Leandro Daniel Verteramo və “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov oyunu canlı izləyərək futbolçulara dəstək olub.
Xatırladaq ki, sözügedən matç bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, "İmişli"nin debüt etdiyi Premyer Liqada ilk qələbəsi kimi tarixə düşüb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC