"Sabah"ın U-10 komandası Avstriyada 2-ci oldu

“Sabah”ın U-10 komandası Avstriyanın Trayskirxen şəhərində keçirilən “Eurocup Trophy 2025” beynəlxalq futbol turnirində iştirak edib. 

Presssport.az xəbər verir ki, turnir 2 günü əhatə edib. 

İlk gündə keçirilən turnirdə təmsilçimiz Avstriyanın “Soccer School Wien” (2:1), “FCM Traiskirchen” (3:1), Serbiyanın “Fortuna Pancevo A” (3:1), Almaniyanın “SC Theresienfield” (5:0) komandalarını məğlub edib. Həlledici görüşdə “FCM Traiskirchen”ə məğlub olan (2:3) “Sabah” turnirin ilk gününü 2-ci pillədə başa vurub. 

Aydın Manaflının yetirmələri növbəti gün keçirdikləri oyunlarda Avstriyanın “Soccer School Wien” (2:1), “Inzersdorf” (7:0), Serbiyanın “Fortuna Pancevo A” (4:1) və “Fortuna Pancevo B” (4:0) komandalarını məğlub edib. 

Final oyununda yenidən “Fortuna Pancevo A” ilə qarşılaşan “Sabah” 1:2 hesabıyla məğlub olaraq, yekun nəticədə 2-ci yeri tutub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC