Klublarımızın ÇL-dəki rəqibləri müəyyənləşib

Minifutbol üzrə Çempionlar Liqasının (ÇL) püşkü atılıb.

Presssport.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan təmsilçiləri "Birbaşa Bakı", "Zirə" və "AzNur"un da rəqibləri müəyyənləşib. 

Çempionlar Liqasının son qalibi "Birbaşa Bakı" "Red Star Belqrad" (Serbiya), "Portu" (Portuqaliya) və "Rımniku Vılça" (Rumıniya) ilə eyni qrupda yer alıb.

"Zirə" "Red Meat Afula" (İsrail), "MF 22 Jakmart Humenne" (Slovakiya) və "Budapeşt" (Macarıstan) klubları ilə qarşılaşacaq.

"Aznur"un rəqibləri isə "Almatı" (Qazaxıstan), "Oviedo" (İspaniya) və "Hoverla Zak Praqa" (Çexiya) kollektivləri olub.

Onu da bildirək ki, ÇL sentyabrda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC