"Göyəzən"ə sahib çıx!"

Azərbaycan futbolunda hər zaman Qərb bölgəsinin xüsusi yeri olub.

Presssport.az xəbər verir ki, futbolumuza öz töhvəsini verən klublardan biri də Qazaxın "Göyəzən" klubudu.

Hazırda çətin durumda olan adıçəkilən klubun təməli 1978-ci ildə qoyulub. Müxtəlif vaxtlarda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak edib, Azərbaycan Kubokunda yarımfinal oynayıb.

Elxan Muradov, Raul Xəlilov, Qoşqar Sarıyev, Arzuman Vəliyev, Məhəmməd Babayev, Süleyman Məmmədov, Namiq Bayramov kimi oyunçuları Azərbaycan futboluna qazandırıb.

Lakin Qazax təmsilçisi maddi problemlər səbəbindən dağılmaq üzrədi. Sosial şəbəkələrdə komandanın ayaqda qalması üçün "Göyəzən"ə sahib çıx!" kompaniyası başladılıb. Futbolsevərlərin bu komandaya dəstək olacağı ümidi ilə, biz də, bu yazını paylaşaraq öz dəstəyimizi bildiririk!

Onu bildirək ki, komandaya dəstək üçün şəkildə qeyd edilən hesaba maddi dəstək ola bilərsiniz.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC