"İmişli" doğma bölgəsinə səfər etdi

“İmişli” Peşəkar Futbol Klubunun rəhbərliyi və komanda heyəti İmişli rayonuna səfər edib.

Presssport.az xəbər verir ki, nümayəndə heyəti öncə Ulu Öndər Heydər Əliyevin İmişlidəki büstünü ziyarət edərək abidə önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Ardınca klub rəsmiləri İmişli Rayon İcra Hakimiyyətində olub və icra başçısı Elçin Rzayevlə görüş keçirilib. Görüşdə “İmişli” PFK-nın prezidenti Kamran Eyyubov, eləcə də klubun məşqçi və futbolçu heyəti, həmçinin İmişli rayonunu təmsil edən millət vəkili Səyyad Aran, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev iştirak edib.

BRzayev “Sabah” üzərində qazanılan qələbə münasibətilə klubu təbrik edib, komandanın çıxışını və fəaliyyətini yüksək dəyərləndirib.

Daha sonra Eyyubov çıxış edib. O, klubun gələcək inkişaf strategiyasından, qarşıya qoyulan hədəflərdən bəhs edib, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Portuqaliyalı baş məşqçi Jorj Kaşkilya isə rəhbərlik və ictimaiyyətin dəstəyini yüksək qiymətləndirərək, komandanın uğurlu çıxışı üçün əllərindən gələni edəcəklərini bildirib.

Sonda icra başçısı və millət vəkilinə klub formaları hədiyyə olunub. Səfər çərçivəsində klub nümayəndələri Şəhidlər xiyabanını da ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC