2 cüdoçumuz Avropa çempionu oldu

Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb.

Presssport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin 3 üzvü fəxri kürsüyə qalxıb. 

Nihad Məmişov (-60 kq) və Məhəmməd Musayev (-66 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu tituluna yiyələnib. Nizami İmranov (-66 kq) isə qitə birinciliyini bürünc medalla tamamlayıb.

Aktivində 2 qızıl və 1 bürünc medal olan yığmamız ümumi komanda hesabında 2-ci, kişilər arasında 1-ci pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC