2026-cı il dünya çempinatının Avropa zonası üzrə seçmə mərhələsinin Ermənistan yığması ilə F qrupunun 1-ci tur səfər oyunu Portuqaliya yığmasının kapitanı, ulduz hücumçu Kriştiano Ronaldo üçün əlamətdar olub.
Presssport.az xəbər verir ki, “Kriş” Portuqaliya yığmasının 5:0 hesablı qələbəsinə 2 qolla töhfəsini verib.
Beləliklə, 40 yaşlı veteran futbolçu özünəməxsus olan üç şəxsi rekordu yeniləyib. Ronaldo Portuqaliya yığmasının heyətində keçirdiyi 222-ci oyununda 139-cu və 140-cı qollarını vurmaqla, həm öz millisinin, həm də yığma komandaların tarixən ən sərrast qolçusu ünvanında sahib olduğu mütləq rekordunu yeniləyib. Həmçinin “Kriş” futbolçu karyerası ərzində ümumikdə vurduğu qolların sayını 942-yə çatdırıb – müvafiq nəticə də mütləq dünya rekordudu.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC