Azərbaycan idmanı, xüsusilə futbol və futbol hakimliyi tarixi üçün önəmli şəxsiyyət olan Tofiq Bəhramovun anadan olmasının 100 illiyi münasibətilə ölkəmizdə silsilə tədbirlər davam etdirilir.
Presssport.az xəbər verir ki, bu məqsədlə “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Quba şəhərində seminar keçirilib.
Tədbirdə Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, “Quba” PFK-nın prezidenti Ayaz Abdullayev, “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin sədri Gülağa Cabarov və layihə rəhbəri Rauf Cabarov çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb. Çıxışlarda Tofiq Bəhramovun irsi, müasir futbol hakimliyi, idmanda liderlik və futbol oyun qaydalarının maraqlı məqamları müzakirə olunub.
Seminar çərçivəsində video sujetlər nümayiş etdirilib, “Tofiq Bəhramov – 100” kitabçasının təqdimatı keçirilib. Həmçinin futbol qaydaları üzrə maarifləndirici yarış təşkil olunub və qalib mükafatlandırılıb.
Sonda iştirakçılara sertifikatlar və kitabçalar təqdim edilib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC