Fernandu Santuş Azərbaycan millisində qələbə qazana bilməyən ilk əcnəbi mütəxəssis kimi antirekorda imza atıb.
Presssport.az xəbər verir ki, yığmamız 71 yaşlı portuqlaiyalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 11 matçın 9-da məğlub olub, 2-də heç-heçə edib.
2007-08-ci illərdə müvəqqəti bu posta təyinat alan və 3 görüşdə 1 heç-heçə, 2 məğlubiyyətlə yadda qalan şimali makedoniyalı Qyoko Haciyevskidən başqa heç heç bir mütəxəssis belə göstərici ilə yadda qalmayıb.
Milli komandamız braziliyalı Karlos Alberto Torreslə 2 qələbə, 5 heç-heçə, 11 məğlubiyyət, almaniyalı Berti Foqtsla 15 qələbə, 22 heç-heçə, 34 məğlubiyyət, Robert Prosineçki ilə 6 qələbə, 6 heç-heçə, 11 məğlubiyyət, Nikola Yurçeviçlə 1 qələbə, 2 heç-heçə, 7 məğlubiyyət, Canni De Byazi ilə 10 qələbə, 8 heç-heçə, 21 məğlubiyyət əldə edib.
Xatırladaq ki, Azərbaycan millisi son olaraq sentyabrın 5-də, DÇ-2026-nın seçmə mərhələsindəki ilk görüşündə səfərdə İslandiya yığmasına ağır məğlub olub - 0:5. Bundan 3 gün sonra, yəni, gün bu gün AFFA Santuşla müqaviləyə xitam verdi.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC