Azərbaycanın bədii gimnastları San-Marino şəhərində təşkil olunan beynəlxalq turnirdə 7 medal qazanıb
Presssport.az xəbər verir ki, bu haqda Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Yarışda ölkəmizi böyüklər yaş kateqoriyasında İlona Zeynalova, Gövhər İbrahimova, Zəhra Cəfərova, gənclər yaş kateqoriyasında Şəms Ağahüseynova və Azadə Atakişiyeva təmsil edib.
Birinci final günündə çoxnövçülük proqramında Azadə Atakişiyeva (93.884 xal) və Zəhra Cəfərova (97.650 xal) bürünc medal əldə edib.
İkinci final günündə isə gimnastlar daha 5 medal əldə edib. Şəms Ağahüseynova top (23.917 xal) və lent (24.133 xal) proqramlarında qızıl medal qazanıb.
Azadə Atakişiyeva gürzlərlə (25.000 xal) proqramda qızıl, halqa (24.167 xal) proqramında isə gümüş medal əldə edib.
Gövhər İbrahimova gürzlərlə (25.567 xal) proqramda bürünc medalın sahibi olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC