Çövkən yığmamızın dünya çempionatındakı rəqibləri bəlli olub

Daşkənddə keçirilən Asiya Çövkən Çempionatı yekunlaşıb. 

Presssport.az xəbər verir ki, üç gün davam edən mötəbər turnirdə gərgin mübarizələr, dolu tribuna qarşısında maraqlı oyunlar və zəngin milli ənənələr nümayiş etdirilib.

Final qarşılaşmasında meydan sahibləri — Özbəkistan Pakistanı 4:0 hesabı ilə məğlub edərək Asiya Çempionatının qalibi olub. Ev sahiblərinin dəqiq taktika və sürətli hücumları həlledici amil kimi yadda qalıb. Pakistan isə finala qədər sabit çıxışı ilə turnirin ən güclü kollektivlərindən biri olduğunu göstərib və 2-ci yeri tutub.

Üçüncü yer uğrunda oyunda Qazaxıstan BƏƏ-ni 6:3 hesabı ilə üstələyərək bürünc medala sahib çıxıb.
Beşinci yer qarşılaşmasında isə Qırğızıstan komandası Honq Konq üzərində 2:0 hesablı qələbə qazanıb.

Turnirin yekun sıralaması belə formalaşıb:
1. Özbəkistan — Çempion
2. Pakistan — 2-ci yer
3. Qazaxıstan — 3-cü yer
4. BƏƏ — 4-cü yer
5. Qırğızıstan — 5-ci yer
6. Honq Konq — 6-cı yer

Beləliklə, dünya çempionatında Azərbaycan yığmasının növbəti rəqibləri də bəlli olub — Özbəkistan və Pakistan.

Onu da bildirək ki, Avropa Çövkən Çempionatında da gərgin mübarizə nəticəsində Malta və Polşa dünya çempionatına vəsiqə qazanıb.

Asiya Çempionatı yalnız idman uğurları ilə deyil, eyni zamanda xalqlar arasında dostluğun və çövkənin beynəlxalq arenada nüfuzunun güclənməsi ilə də yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC