"Neftçi" Şeydayevlə yollarını ayırdı - RƏSMİ

"Neftçi”də növbəti ayrılıq baş tutub.  

Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisinin futbolçu Ramil Şeydayev arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub 29 yaşlı hücumçuya gələcək karyerasında uğurlar arzulayıb.

2024-cü ilin yayında transfer olunmuş Şeydayevun daha 2 illik müqaviləsi vardı. O, “ağ-qaralar”ın heyətində 31 rəsmi oyun keçirib, 4 qol vurub.

Xatırladaq ki, "Neftçi" bunadək Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Dembo Darbo, Ervin Koffi, Filip Ozobiç, İsmayıl Zülfüqarlı, Alfa Kontez, Ryonosuke Ohori ilə ("Kəpəz"ə icarəyə verilib) yollarını ayırıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC