2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi üzrə seçmə mərhələsinin Braziliya yığması ilə sonuncu – 18-ci tur ev oyunu Boliviya yığması üçün əlamətdar olub.
Presssport.az xəbər verir ki, Boliviya yığması 1:0 hesablı tarixi qələbə sayəsində dünya çempionatına vəsiqə qazanmaq imkanını qoruyub saxlayıb.
Belə ki, seçmə mərhələnin yekunları əsasında, Boliviya yığması yarış cədvəlində 20 xalla 7-ci yeri tutaraq, beynəlxalq ələmə oyunlarında iştirak hüququ qazanıb. Boliviya yığmasının tarixi uğuruna, evdə Kolumbiya yığmasına 3:6 hesabı ilə məğlub olmuş Venesuela yığması da “töhfə” verib. Sonuncu tura qədər, yarış cədvəlində Boliviyadan 1 xal üstün olmuş Veneseula, rəqibin tarixi qələbəsi mənzərəsində məhz acı ev məğlubiyyəti nəticəsində dünya çempionatından kənarda qalıb.
Xatırladaq ki, CONMEBOL bölgəsindən dünya çempoantına birbaşa vəsiqələri isə yarış cədvəlnin yekunları üzrə Argentina, Ekvador, Kolumbiya, Uruqvay, Braziliya və Paraqvay milli komandaları qazanıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC