2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi üzrə seçmə mərhələsi başa çatıb.
Presssport.az xəbər verir ki, seçmə mərhələnin yekunları üzrə Argentina yığmasının 38 yaşlı ulduz hücumçusu Lionel Messi vurduğu 8 qolla ən sərrast qolçu ünvanına sahib olub.
Müvafiq nailiyyət vetran hücumçunun karyerası ərzində bir ilkdi. Maraqlıdır ki, “Leo” seçmə mərhələnin dairəvi əsasda keçirildiyi 1996-cı ildən bəri ən sərrast qolçuların ən aşağı nəticəsini göstərib.
Buna qədər ən sərrast qolçuların ən aşağı göstəricisi 2002-ci ildə qeydə alınmışdı – argentinalı hücumçu Ernan Krespo və ekvadorlu həmkarı Aqustin Delqado hərəyə 9 qolla fərqlənmişdi.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC