“Vest Hem” cari ilin iyulunda müqavilə müddətinin başa çatması ilə “çəkicdöyənlər”dən ayrılmış polyak qapıçı Lukaş Fabianskini kluba qaytarıb.
Presssport.az xəbər verir ki, 40 yaşlı qolkiper azad agent qismində, yenidən keçmiş klubuna qoşulub.
Polyak qapıçı 2026-cı ilin iyununda qədər “çəkicdöyənlər”in xidmətində olacaq.
“Qayıdışıma çox və çox şadam, çünki bu klub, aydındır ki, mənim üçün çox şey deməkdi. Bu insanları yenidən görmək xoşdu”, deyə Fabianskini qayıdışını duyğusalcasına şərh edib.
Xatırladaq ki, Fabianski daha əvvəl 2018-25-ci illərdə “Vest Hem”də çıxış edib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC