"Turan Tovuz"dan yeni tərəfdaşlıq müqaviləsi

“Turan Tovuz” Futbol Akademiyası yeni tərəfdaşlıq müqaviləsinə imza atıb.

Presssport.az xəbər verir ki, ölkəmizin tanınmış brendlərindən olan “Erekle” akademiya komandalarının su tərəfdaşı olacaq. Əməkdaşlıq 2025-2026-cı illər mövsümünün sonunadək nəzərdə tutulub.

10 ceşiddə məhsul istehsal edən şirkətin təsisçisi Taleh Məmmədov akademiyanın qonağı olub. Buradakı şəraitlə tanış olan qonaq əməkdaşlıqdan məmnun qaldıqlarını qeyd edib:

“Ölkə futbolunun ən böyük markalarından biri olan “Turan Tovuz”la əməkdaşlıq etdiyimizə görə şadıq. Böyük futbol ənənəsinə və tarixə malik olan futbol şəhərində olduğum üçün çox şadam. Ümid edirəm ki, bizim əməkdaşlığımız digər sahələrdə fəaliyyət göstərən şirkətləri də kluba dəstək olmağa təşviq edəcək. Hər iki tərəfə uğurlu olmasını arzulayıram”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC