Məktəblilər üçün yeni meydança istifadəyə verildi - “FİFA Arena” layihəsi çərçivəsində

“FİFA Arena” layihəsi çərçivəsində 138 nömrəli tam orta məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib.

Presssport.az xəbər verir ki, tədbirdə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, qurumun rəsmi şəxsləri, eləcə də, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən İsmayılov layihənin önəmindən bəhs edib, iştirakçılara yeni tədris ilində uğurlar arzulayıb.

Onu da bildirək ki, AFFA dünyada “FİFA Arena” layihəsini tamamlayan ilk 11 ölkə arasında yer alır. Milli assosiasiya bundan öncə layihə çərçivəsində 247 nömrəli tam orta məktəbin ərazisində də meydança inşa edib və bu layihədən birbaşa 6000-dən çox şagird faydalanacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC