"Qarabağ" üçün gözlənilməz şans - UEFA-dan vacib qərar

UEFA İcraiyyə Komitəsi cari mövsümdə avrokubokların reqlamentində dəyişiklik edib.

Presssport.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Yeni qərara əsasən, klublar əsas mərhələnin 6-cı turuna qədər uzunmüddətli zədə və ya xəstəlik keçirmiş bir oyunçunu müvəqqəti olaraq başqası ilə əvəzləyə bilər.

Bildirilir ki, dəyişikliyin tətbiqinə səbəb komandaların siyahılarında azalmaların qarşısını almaq, həmçinin, futbolçuları əlavə iş yükündən qorumaq istəyidi.

Çempionlar Liqasının Liqa mərhələsinin ilk oyunlarına sentyabrın 16-da start veriləcək.

Xatırladaq ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ”ın futbolçusu Nəriman Axundzadə millimizin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə qarşılamasından əvvəl zədələnib. gənc forvardın bir ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Onu da əlavə edək ki, yay “transfer pəncərəsi” çərçivəsində "Qarabağ" hücumçu transferi etməyib və bu da azarkeşlərin narazılığına səbəb olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC