Litvada idman jurnalistləri arasında keçirilən minifutbol üzrə Avropa çempionatında Azərbaycan komandası qrup mərhələsini məğlubiyyətsiz başa vuraraq 1/4 finala vəsiqə qazanıb.
Presssport.az xəbər verir ki, turnirdə 14 ölkənin komandası iştirak edir.
Qrup oyunlarında uğurlu nəticələr göstərən təmsilçimiz növbəti mərhələdə ev sahibi Litva komandası ilə qarşılaşacaq. Oyun sentyabrın 13-də, Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC