Latviyanın paytaxtı Riqada 2025-ci il Avrobasket yarışının final oyunu başa çatıb.
Presssport.az xəbər verir ki, Türkiyə və Almaniya milli yığma komandalarının mübarizəsində qələbəni Bundestim bayram edib.
Almaniya yığması 88:83 hesablı (24:22, 16:24, 26:21, 22:16) qələbə sayəsində tarixində 2-ci dəfə basketbol üzrə Avropa çempionatının qalibi olub. Buna qədər almanlar 1993-cü ildə zəfər qazanmışdı.
Xatırladaq ki, yarış tarixinin ən uğurlu komandası keçmiş Sovet İttifaqının (SSRİ) komandası olub. Sovetlər 14 dəfə Avropa çempionu olub (həmçinin 3 gümüş və 4 bürünc) və ümumi medal sayına (21) görə bütün komandalardan üstündü.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC