2026-cı ildə dünya çempionatı Bakıda keçiriləcək

U17 dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək.

Presssport.az xəbər verir ki, bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib. 

Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Amman (İordaniya) və Brasovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı paytaxtımıza həvalə edilib.

Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul – 02 avqust tarixlərində Milli Gimnastika Arenasında müəyyənləşəcək.

Xatırladaq ki, analoji yarış 2012-ci ildə də Bakıda keçirilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC