Santuşun istefası AFFA-nın baş katibinin təkidi ilə gerçəkləşib - portuqaliyalı mütəxəsisin göndərilməsinin DETALLARI

Azərbaycan millisinə gəldiyi gündən qələbənin nə olduğunu bilməyən Santuşun istefası çoxdan yetişmişdi. Əslində, millimiz Millətlər Liqasında D divizionuna yuvarlanandan sonra Santuş qovulmalıydı. Amma AFFA həmişəki kimi vaxtında düzgün qərar verə bilmədi. 

Presssport.az xəbər verir ki, İslandiyaya biabırçı hesabla məğlubiyyətdən sonra gerçəkləşən istefa AFFA-nın baş katibi Cahangir Fərəcullayevin təkidi ilə olub. Yəni, ümumi götürəndə federasiyanın rəhbərliyində təmsil olunanların çoxu Santuşun istefasına isti baxıb. Lakin Ukrayna ilə oyuna saatlar qalmış belə bir addımın atılması tərəddüdlər yaradıb. 

Cahangir Fərəcullayev isə rüsvayçı məğlubiyyətdən sonra Santuşun iş başında qalmasının doğru olmadığını deyib. Məhz baş katibin prinsipial mövqe göstərməsi nəticəsində Santuşun qovulmasına dair qərar qəbul olunub (sportal.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC